Hadisə

Hacıqabulda avtomobil piyadaları xəstəxanalıq etdi

Hacıqabulda avtomobil piyadaları xəstəxanalıq etdi
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

Hacıqabulda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Talış-Meyniman kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, "Jiquli” markalı avtomobil iki nəfər piyadanı vurub.

 

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma aparılır.