Hadisə

Xızı sakininin evindən narkotik vasitə və silah-sursat aşkarlandı - FOTO

Xızı sakininin evindən narkotik vasitə və silah-sursat aşkarlandı - FOTO
 
 
 
 
 
 
 

 
 
 
 
 
 

 
 
 

Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 40 yaşlı Mehman Babayev saxlanılıb.

Bununla bağlı DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Oxu.Az-a məlumat verilib.

Şəxsi axtarış zamanı ondan 0,233 qram çəkidə narkotik maddə olan heroin aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı olaraq M.Babayevə məxsus Şuraabad qəsəbəsində yerləşən fərdi yaşayış evində keçirilmiş axtarış zamanı oradan narkotik maddə olan tiryək, satış üçün kibrit qutularında və sellofan bükümlərdə saxlanılan ümumi çəkisi yarım kiloqrama yaxın olan qurudulmuş marixuana, eləcə də, bir ədəd əl qumbarası, bir ədəd partladıcı və 17 ədəd 9 mm patron aşkar edilərək götürülüb.

Faktla bağlı Xızı RPŞ-də cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.