Hadisə

Bakıda daha bir tələbə FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ - FOTOLAR

Bakıda daha bir tələbə FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ - FOTOLAR
 
 
 
 
 
 
 
 
Azərbaycanda daha bir tələbə faciəli şəkildə ölüb.

Kanal14.az xəbər verir ki, Bakı şəhər sakini Anar Musayev 24 noyabr tarixində avtomobil qəzasına düşüb.
Belə ki, A.Musayev idarə etdiyi "Mercedes” markalı avtomobili elektrik dirəyinə vurub. O, idarəetməni itirdiyindən nəqliyyat vasitəsi qarşıdan gələn A.Şirəliyevin "VAZ-2109” markalı avtomobilə dəyib. 

Hadisə nəticəsində 18 yaşlı A.Musayev hadisə yerində ölüb.

Qeyd edək ki, mərhum Anar Musayev Azərbaycan Memarlıq və İnşaat Universitetinin II kurs tələbəsi olub. /Unikal.org