Hadisə

Abşeronda birmərtəbəli ev yanıb

Abşeronda birmərtəbəli ev yanıb
 
 
 
 
 
 
 

Abşeronda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Kanal14.az-a verilən məlumata görə, rayonun Aşağı Güzdək qəsəbəsində ümumi sahəsi 160 m² olan birmərtəbəli mansarda tipli evin mansardasının tavanı 15 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb./Trend