Hadisə

Tanınmış aktyor çəkiclə evə basqın etdi

Tanınmış aktyor çəkiclə evə basqın etdi
 
 
 
 
 
 
 

 
 
 
 
 
 

Türkiyənin tanınmış aktyoru Cemal Hünal polis tərəfindən saxlanılıb.

İstnabul Sarıyerdə at sürmə və oxatma dərsləri verən aktyor işlədiyi mərkəzdə məşqçi Ufuk Tunca ilə dalaşıb.

Cemal Hünal məşqçinin evinə basqın edib. Ufuk aktyordan şikayətçi olub. Hadisənin şahidi olan Cemalın dostu aktyorun əlində qırmızı çəkicin olduğunu bildirib.

İstintaq davam edərkən ikili arasında anlaşma əldə olunub. Ufuk Tunca şikayətindən imtina edib.

Qeyd edək ki, Cemal Ünal "Asi”, "Adanalı”, "Paramparça” "Diriliş Ərtoğrul” serialları və "Issız Adam” filmi ilə tanınıb.