Hadisə

“Azərişığ”dan transformatorda yanan 9 yaşlı Zəhra ilə bağlı AÇIQLAMA

“Azərişığ”dan transformatorda yanan 9 yaşlı Zəhra ilə bağlı AÇIQLAMA
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Sosial şəbəkələrdə ötən ay Bakının Nizami rayonunda yüksək gərginlikli transformator məntəqəsinə daxil olaraq yanıq xəsarətləri almış 9 yaşlı Zəhra Əliyevanın müalicəsinə "Azərişıq" ASC tərəfindən maddi və mənəvi yardım göstərilməməsi ilə bağlı yayılan məlumatlar əsassızdır.

"Kanal14.az" bildirir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. Onun sözlərinə görə, hadisə baş verən gündən etibarən qurum problemi diqqətdə saxlayıb:

"Azərişıq" olaraq bildirmək istəyirik ki, bu xoşagəlməz hadisə baş verdiyi gündən etibarən 9 yaşlı Zəhra rəhbərliyin daim diqqət mərkəzində olub. Azyaşlının müalicəsi və ayağa qalxması üçün "Azərişıq" əməkdaşları xəstəxanaya ezam olunub. Onlar həmin müalicə müəssisəsində növbəli şəkildə yerləşdirilib. Hadisə baş verəndən bu günə qədər Zəhra Əliyevanın müalicəsi üçün tələb olunan bütün vəsaitlər Səhmdar Cəmiyyət tərəfindən qarşılanıb və kənardan vəsait cəlbi olmayıb.

Bundan sonra da "Azərişıq" Zəhra Əliyevanın müalicəsi üçün lazım olan bütün zəruri tədbirləri görməkdə davam edəcək".

Yenisabah.az