Hadisə

Pirşağı yolunda ağır qəza: ölən və yaralanan var

Pirşağı yolunda ağır qəza: ölən və yaralanan var
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

Novxanı-Pirşağı yolunda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Səhiyyə Nazirliyindən "Kanal14.az”a daxil olan məlumata görə, avtoqəza ilə əlaqədar Təcili Tibbi Yardıma çağırış 13:10-da daxil olub.

Hadisə nəticəsində 1 nəfər qadın hadisə yerində dünyasını dəyişib.

44 yaşlı kişi bud sümüyünün sınığı, 2 azyaşlı uşaq isə daxili qanaxmaya şübhə diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar. Yaralılara lazımi tibbi yardım göstərilir./Yeni Sabah