Hadisə

Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb (FOTO)

Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb (FOTO)
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Azərbaycan Respublikası istiqamətindən "Xanoba" gömrük postunun gömrük nəzarəti zonasına daxil olan "Mercedes-Benz C 180" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Kanal14.az-a verilən məlumata görə, bu zaman nəqliyyat vasitəsinin sərnişini olan Azərbaycan Respublikası vətəndaşının yükünə "Çarli" ləqəbli kinoloji xidməti it reaksiya verib və çanta əsaslı yoxlanılıb.

Nəticədə çantanın tutacaq hissəsində 2 ədəd uzunsov, qara polietilenə bükülü, xalis çəkisi 194.581 qram olan narkotik vasitə - tiryək aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır./TRend

Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb (FOTO)
Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb (FOTO)
Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb (FOTO)