Bakıda direktor müəllimi intihar həddinə çatdırıb? - AÇIQLAMA
Bakı məktəblərindən birində müəllimlə direktor arasında qalmaqallı iddialar səsləndirilib.
Kanal14.az xəbər verir ki, paytaxtın Xəzər rayonu, Qala qəsəbəsi 216 nömrəli tam orta məktəbdə müəllim kimi çalışan 1970-ci il təvəllüdlü Babayeva Sədaqət Şirzad qızı polisə şikayət ərizəsi ilə müraciət edib.
Məsələ ilə bağlı 216 nömrəli tam orta məktəblə əlaqə saxladıq. Məktəbdən redaksiyamıza bildirilib ki, məktəbdə ingilis dili müəllimi kimi fəaliyyət göstərən Sədaqət Babayevanın işdən çıxarılması ilə bağlı iddiası həqiqətə uyğun deyil:
"Belə ki, 11 oktyabr 2019-cu ildə Sədaqət Babayeva 102 xidmətinə zəng edərək intihar edəcəyini bildirib. Sədaqət Babayeva məktəbdə IX siniflər üzrə keçirilən ilkin diaqnostik qiymətləndirmənin nəticələrinə etiraz olaraq bu addımı atıb.
O, keyfiyyətə nəzarət lövhəsindən sinif rəhbəri olduğu IX b sinfinə aid qiymətləndirmə vərəqini çıxarıb, direktorun otağına daxil olaraq yüksək səslə etirazını bildirib. Daha sonra isə 102 xidmətindən gələn əməkdaşlara qarşı kobudluq edərək izahat yazmaqdan imtina edib”.