Hadisə

Bakıda yeniyetmələr arasında bıçaqlaşma

Bakıda yeniyetmələr arasında bıçaqlaşma
 
 
 
 
 
 
 
 

 
 

 
 
 
 

Dünən Bakının Xəzər rayonunda 15 yaşlı yeniyetmə bıçaqlanıb.

Bu barədə Oxu.Az-a Xəzər rayon Polis İdarəsindən məlumat verilib.

Məlum olub ki, saat 17:00 radələrində Binə Atçılıq massivində 2004-cü il təvəllüdlü H.T. qarın nahiyəsindən bıçaq xəsarətləri alıb.

 

Onu 5 nömrəli şəhər kliniki xəstəxanasına çatdırıblar.

Xəzər rayonu Polis İdrəsinin 2-ci Polis Bölməsinin əməliyyatçılarının əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Cinayəti törədən şəxs 2003-cü il təvəllüdlü B.V.-dır.

Hazırda faktla bağlı araşdırma aparılır.