Hadisə

Siyəzəndə ana üç uşağı ilə birgə itkin düşdü

Siyəzəndə ana üç uşağı ilə birgə itkin düşdü
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

Siyəzən rayonunun Yenikənd kənd sakini, 30 yaşlı Həmzəliyeva Gülnar Xanbala qızı bu il iyul ayının 23-də səhər saatlarında üç azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

DİN Mətbuat Xidmətindən Kanal14.az-a verilən məlumata görə, Gülnar Həmzəliyevanın boyu 155 sm-dir. O, yumru sifətli, kök bədən quruluşlu, şabalıdı saçlı, qəhvəyi gözlüdür. Evdən çıxan zaman onun əynində qara-qırmızı güllü don və ağ rəngli ayaqqabı olub.

 

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Siyəzən Rayon Polis Şöbəsinə 02330-4-13-03 şəhər, 051-772-06-06 və 077-390-70-75 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.