Hadisə / Dünya

Atambayevin iqamətgahı yaxınlığında keçirilən əməliyyat zamanı 43 nəfər yaralanıb, 1 xüsusi təyinatlı ölüb – Foto, video

Atambayevin iqamətgahı yaxınlığında keçirilən əməliyyat zamanı 43 nəfər yaralanıb, 1 xüsusi təyinatlı ölüb – Foto, video
 
Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin iqamətgahı yaxınlığında keçirilən əməliyyat zamanı 15 nəfər yaralanıb.

DogruXeber.az xəbər verir ki, bu barədə "Ria Novosti” saytı yazıb. Məlumatda yaralıların xəstəxanalara yerləşdirildiyi qeyd edilir. Yaralılar arasında 1 nəfər jurnalist və 1 nəfər təhlükəsizlik xidmətinin əməkdaşı var.

Qırğızızstan Milli Təhlükəsizlik Komitəsi isə məlumat yayaraq döyüş silahlarından istifadə edilməsi barədə xəbərləri təkzib edib. Məlumatda yalnız rezin güllələrdən istifadə edildiyi qeyd olunub.

***

Dogruxeber.az xəbər verir ki, eks prezident Almazbek Atambayevin saxlanılması əməliyyatında yaralananların sayı 43 nəfərə çatıb. Bir xüsusi təyinatlı isə həlak olub.

Qeyd edək ki, Qırğızıstan parlamenti sabiq prezident haqqında ittihamlar siyahısını prokurorluğa təqdim edib. Eks prezident korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər qanunsuz əməllərdə ittiham edilir. Məhkəmə Atambayevi təqsirli biləcəyi halda onu ömürlük həbs cəzası gözləyir./Musavat.com