Hadisə

SOCAR "Günəşli" yatağında baş verən ölüm hadisəsi barədə məlumat yayıb


SOCAR
İyulun 15-də saat 18:50 radələrində "Günəşli” yatağındakı 14 saylı dərin dəniz özülündə Elmi təhqiqat işləri istehsalat sahəsinin operatoru, 1980-ci il təvəllüdlü Vəlixanov Seymur Əlihüseyn oğlu hamamda yıxıldığı vəziyyətdə aşkarlanıb və vəfat etdiyi müəyyənləşdirilib.

Kanal14.az-ın xəbərinə görə, bu barədə SOCAR-ın yaydığı məlumatda bildirilir. İlkin rəyə əsasən, ölüm hadisəsinə baş nahiyəsinin xəsarəti və beyinə qan sızması səbəb olub:

"Hadisənin baş vermə səbəbləri "Azneft” İstehsalat Birliyinin baş direktorunun əmri ilə yaradılmış müvafiq komissiya tərəfindən yerində araşdırılır. Hadisə ilə bağlı əlavə məlumat veriləcək”./ONA.az