Hadisə

Sumqayıt sakininə qarşı quldurluq edən şəxslər tutulub

Quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıblar.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, DİN-dən verilən məlumata görə, avqustun 13-də saat 15 radələrində Sumqayıt şəhəri ərazisində şəxsiyyəti məlum olmayan 2 nəfər şəhər sakini R.Şirinovu bıçaqla hədələyib ondan kondisionerlərin qazla doldurulmasında istifadə edilən 2 ədəd balonu alıblar.

 

Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Hüseyn Həsənəlizadə və qardaşı İsmayıl Həsənəlizadə saxlanılıblar.