Hadisə

Özünü icra hakimiyyətinin işçisi kimi təqdim edən şəxs axtarışa verildi

 
 
Özünü icra hakimiyətinin əməkdaşı kimi təqdim edib dələduzluq törətməkdə təqsirləndirilən Teyyub Quliyevin məhkəməsi davam edib. 

Kanal14.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, ev dustaqlığında olan Teyyub Quliyev məhkəməyə gəlməyib. Təqsirləndirilən şəxs zərərçəkmişlərin pulunu ödəyəcəyini deyərək məhkəmədən bir neçə dəfə vaxt istəyib, ancaq bu müddətdə heç kimə ödəniş etməyib.

Məhkəmə T.Quliyev barəsində axtarış elan edib. 

Teyyub Quliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib. Ev dustaqlığındadır.

Məlumata görə, o, özünü icra hakimiyyətinin adamı kimi təqdim edərək müxtəlif şəxslərlə rəsmi sənədlərin hazırlanması xidmətini göstərirmiş.
Zərərçəkmiş Asif Gülüşov ifadəsində bildirib ki, Şirvanda qeyri-yaşayış sahəsi tikdirmək istəyib. Həmin obyektə lazım olan sənədləri hazırlamaq üçün Teyyub Quliyevə müraciət edib. Quliyev bu işləri görmək üçün ondan 15 min manat alıb, amma aldadıb.

Digər zərərçəkmiş Əsgər Əsgərov da eyni məqsədlə təqsirləndirilən şəxsə pul verib. İş üzrə daha bir neçə zərərçəkmiş də var.Bakupost