Hadisə

49 yaşlı kişi diri-diri torpaq altında qalaraq can verdi — Gəncədə faciə

http://olke.az/uploads/1554268270/torpaq.jpg
 
Gəncə şəhərinin Kəpəz rayonunda daş karxanasında bədbəxt hadisə baş verib.

 Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhərinin Kəpəz rayonunda daş-çınqıl karxanasında torpaq sürüşməsinin baş verməsi və 1 nəfərin torpaq kütləsinin altında qalması barədə məlumat daxil olub. Hadisə yerinə Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Görülən tədbirlər nəticəsində 1970-ci il təvəllüdlü İsmayılov İlham Rza oğlunun meyiti aşkar edilib və torpaq altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.