Hadisə

Şagird sinif yoldaşını güllələdi — ABŞ-da

http://olke.az/uploads/1554145395/qq1537440089.jpg
 
ABŞ-ın Arizona ştatının Preskot bölgəsindəki məktəblərdən birində silahlı insident yaşanıb.

"Kanal14.az" xarici mediaya istinadən xəbər verir ki, şagirdlərdən biri gizlin gətirdiyi silahı məktəb binasına daxil edərək sinif yoldaşını oradaca güllələyib.

Ağır xəsarət alan şagird təcili yardım helikopteri ilə xəstəxanaya çatdırılıb.

Məktəbə silahlı basqın edən şagird isə yaxalanıb.

 

Cinayətin hansı səbəbdən baş verdiyi bilinmir. Faktla bağlı araşdırma aparılır.