Hadisə

Bakıda qardaş qardaşı qətlə yetirdi

http://olke.az/uploads/1552543589/bicaqqetl.jpg
 
Bakıda qardaşını qətlə yetirməkdə təqsirləndirilən Ağaməli Kərimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun icraatına verilib.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin oktyabrın 5-də Bakı şəhəri, Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib. Qəsəbədə yaşayan A.Kərimov evində münaqişə zəminində qardaşı Ədil Kərimovu bıçaqla qətlə yetirib.

 

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən A.Kərimov saxlanılıb.