Hadisə

Bakıda həbsxanadakı ərinə alt paltarında narkotik keçirmək istəyən qadın tutuldu

http://olke.az/uploads/1551077230/heroin.jpg
 
Cəzaçəkmə müəssəsinə alt paltarında heroin keçirmək istəyən qadın saxlanılıb.

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.3-cü maddələrinə əsasən 4 il 1 ay müddətinə azadlıqdan məhrum olunan məhkum Xəlilzadə Ramil Pərviz oğlu ilə uzunmüddətli görüşə gələn arvadı Bakı şəhər sakini Xəlilzadə Mahirə Vüqar qızının əşyalarına və üzərinə baxış keçirilən zaman alt paltarında xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə 0,206 qram "Heroin”” aşkar edilıb. Araşdırma aparılır.