Hadisə

Zəlzələ nəticəsində Şamaxıda dağıntı olub, 3 nəfər xəsarət alıb — YENİLƏNİB + FOTO

http://olke.az/uploads/1549404929/dsfgthjk.jpg
 
Bu gecə Şamaxı rayonunda zəlzələ nəticəsində bir neçə fərdi evin hasarı uçub.

"Kanal14.az" report-a istinadən xəbər verir ki, dağıntılar zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Ölkə.Az" oxu.az-a istinadən bildirir ki, zəlzələ nəticəsində Şamaxı rayonunun Şəhriyar qəsəbəsində bir yaşayış evində dağıntı baş verib. 

Qəsəbə sakini İmran Nurməmmədova məxsus yaşayış evinin divarının bir hissəsi uçub.

 

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yerli vaxtla saat 23:31-də Pirquludan stansiyasından 11 km cənub-qərdbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.