Hadisə

Paytaxtda taxta bazarı yandı

http://olke.az/uploads/1548218843/fhnyangin.jpg
 
Nərimanov rayonu ərazisindəki taxta bazarında yanğın baş verib.

 FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Nərimanov rayonunda taxta bazarının ərazisində güclü yanğın baş verməsi haqqda məlumat daxil olub. Dərhal hadisə yerinə Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Yanğın  nəticəsində təxminən 350-400 kv metr sahədə taxta materiallar yanıb. Alovun qarşısı tez bir zamanda alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.