Hadisə

Xətaidə binada yanğın olub

http://olke.az/uploads/1547756552/gfhjfdsfg.jpg
 
 
Bakıda yanğın hadisəsi olub.

"Kanal14.az" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib.

Ümumi sahəsi 140 m² olan ikimərtəbəli binanın birinci mərtəbəsinin yanar konstruksiyaları 70 m² sahədə, orada olan ZAZ markalı minik avtomobilinin yanar hissələri və binanın plastik üzlüyü 30 m² sahədə yanıb. Yanğın zamanı bitişik, ümumi sahəsi 110 m² olan avtomobil ehtiyat hissələrinin satışı mağazasının plastik üzlüyü 20 m² sahədə və bir ədəd məişət avadanlığı yanıb. Binanın və mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

 

Qeyd edək ki, binanın birinci mərtəbəsində yağdəyişmə sexi, ikinci mərtəbəsində isə ofis yerləşir.