Hadisə

“Mersedes” yol kənarına çırpıldı - 2 yaralı

“Mersedes” yol kənarına çırpıldı - 2 yaralı
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Qobustanda "Mersedes” yolun kənarında maneəyə çırpılıb. 

Kanal14.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Qobustan rayonunda "Mercedes” markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış sürücü və sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Əməliyyat başa çatıb.