Hadisə

Bakıda DƏHŞƏT: Qayın yeznəsini 7 yerindən bıçaqladı

Bakıda DƏHŞƏT: Qayın yeznəsini 7 yerindən bıçaqladı
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakıda qayın yeznəsini bıçaqlayıb.
Kanal14.azTrend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1985-ci il təvəllüdlü Məsimov Elçin Miryəhya oğlu evinin yaxınlığında qaynı, 1977-ci il təvəllüdlü Yaqubov Bəhram Rafiq oğlu ilə mübahisə edib.

Mübahisə dava ilə nəticələnib. Hadisə nəticəsində B.Yaqubov E.Məsimova 7 bıçaq zərbəsi vurub.

Yaralı koma vəziyyətində 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

B.Yaqubov könüllü olaraq polisə təslim olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.