Hadisə

Rüşvətə görə həbs edilən prokuror məhkəməyə müraciət etdi

Rüşvətə görə həbs edilən prokuror məhkəməyə müraciət etdi
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 İsmayıllı rayonunun sabiq prokuroru Ülvi Abbasov və prokurorun böyük köməkçisi Faiq Quliyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib. 

Şikayət baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilib.

Təqsirləndirilən şəxslər barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.

Məhkəmənin ilkin baxış iclasının tarixi yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Ü. Abbasov 9 il, F. Quliyev isə 8 il müddətinə azadlıqdan məhrum edilib. (Oxu.az)