Hadisə

Cəlilabadda karantin postundan keçmək istəyən aktiv COVID-19 xəstəsi aşkarlanıb

Cəlilabadda karantin postundan keçmək istəyən aktiv COVID-19 xəstəsi aşkarlanıb
 
 
 
 

Cəlilabadda karantin postundan keçmək istəyən aktiv COVID-19 xəstəsi aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad rayonunun girişində qurulmuş stasionar postda rayon ərazisinə daxil olmaq istəyən sürücülərdən birinin koronavirus infeksiyasının daşıyıcısı olduğu aşkarlanıb. Belə ki, müvafiq yoxlama zamanı Cəlilabad rayonu ərazisinə daxil olmaq istəyən Biləsuvar rayonunun Xırmandalı kənd sakini C.Məmmədova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin olunduğu və yaşayış yerini tərk etməməsi barədə xəbərdar edildiyi müəyyən edilib. Karantin qaydalarını kobud şəkildə pozan həmin şəxsə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bir daha xəbərdarlıq edilib və polis əməkdaşları tərəfindən yaşadığı ünvana qaytarılması təmin olunub.

Həmin şəxslərin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.