Hadisə

Yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib

Yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Goranboyda yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib.

Bu barədə Kanal14.az  Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupuna istinadən məlumat verir.

Verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Safıkürd kənd sakini Kəniş Həsənov və Boluslu kənd sakini Kamil Əliyev ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanları tərk etmələri müəyyən edilib. Polis əməkdaşları dərhal onların rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadıqları evə göndərib. 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.