Gündəm / Cəmiyyət

Məhkəmədə qudaların davası: nalayiq hərəkətə görə... – Təfərrüat

Məhkəmədə qudaların davası: nalayiq hərəkətə görə... – Təfərrüat
 
 
 
 

 
 
 
 
 
 
 

Gəncə şəhərində cinayət törətməkdə ittiham olunan 1966-cı il təvəllüdlü Gülcöhrə Əsgərovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Kanal14.az bildirir ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsində təqsirləndirilən şəxsin oğlu Aqil Əsərorovun Nərgiz Mirişlidən boşanma iddiasına baxılıb.

Bu zaman Aqil Əsgərovun nümayəndəsi Xəzəl Gözəlovanın Nərgiz Mirişlinin atası Telman Novruzovla mübahisə edib. Gölçöhrə Əsgərova məhkəmə zalında Telman Novruzovun sifət nahiyəsinə tüpürərək nalayiq ifadələr işlədib. Daha sonra Telman Novruzov məhkəmə zalından çıxmaq istəyərkən heç bir əsaslı səbəb olmadan onun sifət və digər nahiyələrinə vurub, Telman Novruzova xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Gülcöhrə Əsgərovanın barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hökmü ilə Gülçöhrə Əsgərova bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Hökmdən narazı qalan zərərçəkmiş Telman Novruzov apelyasiya şikayəti verib. O, təqsirləndirilən şəxsin barəsində olan cəzanın ağırlaşdırılmasını istəyib.

Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə zərərçəkmişin şikayəti təmin olunmayıb.

(Teleqraf.com)