Gündəm / Cəmiyyət

Tərtərə dəymiş ziyan açıqlandı - SİYAHI

Cəbhədə şiddətli döyüşlər davam edir.

Bu barədə Anews.az-ın cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Ermənistan silahlı qüvvələrinin bölmələri bu gün Tərtər rayonuna 300-dən çox mərmi atıb və dinc sakinləri hədəf alıb.

Tərtər rayon icra başçısı Müstəqim Məmmədov 27-dən bəri düşmən təxribatı nəticəsində Tərtərdə ziyan dəymiş obyektlərin siyahısını açıqlayıb.

Həmin siyahını təqdim edirik:

Tamamilə dağıdılmış evlər- 82


Ziyan dəymiş evlər- 351


Ziyan dəymiş çoxmənzilli yaşayış binaları - 51


Ziyan dəymiş yardımçı tikililər -29


Ziyan dəymiş sosial obyektlər - 17


Ziyan dəymiş istehsal obyektləri - 6


Ziyan dəymiş ticarət obyektləri - 27


Ziyan dəymiş inzibati binalar - 14