Gündəm

"Qaçqınkom" sədri məcburi köçkünlərlə görüşdü

"Qaçqınkom" sədri məcburi köçkünlərlə görüşdü
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib.

Qəbulda Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, aparat rəhbəri, şöbə və departament müdirləri iştirak ediblər.

Əvvəlcədən qəbula yazılmış məcburi köçkünlər Dövlət Komitəsinin sədri tərəfindən fərdi qaydada qəbul edilib, onların müraciətləri dinlənilib.

Müraciətlər, əsasən, mənzil, statusun verilməsi, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və digər məsələlərlə bağlı olub.

Məlumat verilib ki, dövlətimiz məcburi köçkünlərin yeni mənzillərlə təmin olunmasına, onların sosial məsələlərinin həllinə daim qayğı ilə yanaşır. Prezident İlham Əliyev məcburi köçkünlərlə bağlı məsələni sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Ölkə başçısının tapşırığına əsasən, bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ən ağır şəraitdə, qəza vəziyyətində olan bina və tikililərdə yaşayan məcburi köçkünlərlərin ilk növbədə yeni mənzillərə köçürülməsi ilə bağlı verdiyi tapşırığın icrası davam etdirilir.

Məcburi köçkünlərin müraciətlərində qaldırılan məsələlərin həlli ilə bağlı Dövlət Komitəsinin müvafiq strukturlarına konkret tapşırıqlar verilib./Unikal org