Gündəm / Cəmiyyət

Düşmən təxribatı: 63 dinc sakin yaralanıb - Baş prokuror

Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən yaşayış məntəqələrimizin atəşə tutulması nəticəsində 63 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib.

Kanal14.az bildirir ki, bunu Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev oktyabrın 3–də keçirilən brifinqdə deyib.

Baş prokuror bildirib ki, yaralanan şəxslərdən 26-sı Tərtər, 10-u Ağcabədi, 14-u Ağdam, 6-sı Füzuli, 2-si Goranboy, 2-si Bərdə, 1-i Daşkəsən, 1-i Xocalı, 1-i isə Cəbrayıl rayonlarının sakinləridir. Xəsarət alanlardan 56-sı kişi, 6-sı qadın, 1-i isə uşaqdır.

(Axar.az)