Gündəm / Siyasət / Cəmiyyət / Hadisə / Sosial

“Rus dilini öyrənənlərin hamısı düşmənlərimizdir” — Çingiz Abdullayevdən daha bir qalmaqallı AÇIQLAMA

Xalq yazıçısı Çingiz Abdullayev rus dilində təhsillə bağlı müzakirələrə səbəb olacaq daha bir açıqlama verib.

 

Kanal14.az  bildirir ki, Ç.Abdullayev deyib: "Əziz dostlarım! Hər kəsdən xahiş edirəm ki, "Mankurt" sözünü işlətməsin! Məsələ burasındadır ki, Çingiz Aytmatov bu romanı rus dilində yazmışdır. Yalnız rus dilində yazırdı! Mən düşünürəm ki, rus dilini öyrənənlərin hamısı bizim düşmənlərimizdir. Bağışlayın!”.

 

Qeyd: Bir neçə gündür Azərbaycanda rus dilində təhsilin ləğv olunması barədə müzakirələr başlayıb. Ç.Abdullayev isə bunun yanlış olduğunu bildirmişdi. Daha sonra isə qeyd olunan kinayəli açıqlama ilə çıxış edib.

(Demokrat.az)