Gündəm

Azərbaycanda “peşə məktəbləri” universitetləri niyə üstələyir? – “Ali təhsillilərin axın səbəbləri

Azərbaycanda “peşə məktəbləri” universitetləri niyə üstələyir? – “Ali təhsillilərin axın səbəbləri
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

"İT STEP” Akademiyasıyla birgə layihəmizdə veb-dizayner üzrə  müraciət edən 30 nəfərin 50% -dən çoxu ali təhsillidir. Turizm sektoru üzrə müraciət edənlərdə də ali təhsillilər üstünlük təşkil edir. Bu ildən bizdə pilot olaraq texniki ixtisaslar üzrə də kadr hazırlığı gözlənilir. Bura da elektrik qaynağı üzrə  ali təhsillilər müraciət edir”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor əvəzi Amil Əlili deyib.

Onun sözlərinə görə, müraciət universitetlərdə nəzəriyyəyə, Peşə məktəblərində isə praktikaya üstünlük verilməsi ilə də bağlıdır:

"Həmçinin, bu gün əmək bazarınının tələbi var. Azərbaycanda real olaraq Əmək bazarında işçi və iş yerinin uyğunluq məsələləri var.  Bu gün ali təhsil kadr hazırlayır, amma işə götürənlərlə inteqrasiya prosesi elə qurulmalıdır ki, istədiyimiz formatda kadr hazırlığı olsun. Məsələn, mühasib istəyiriksə, şirkətə uyğun hazırlanmalıdır. İstədiyimiz formatda deyilsə, təbii ki, onu işə götürməyəcik. Peşə təhsilinin üstünlüklərindən biri odur ki, bizə axtardığımız köməkçi heyəti tez bir zamanda peşə məktəblərindəntapmağımıza  yardımçı olur. Bu baxımdan prioritetdir”.