Gündəm / Cəmiyyət

Onlar da səfərbərlik üçün qeydiyyatdan keçdilər

Onlar da səfərbərlik üçün qeydiyyatdan keçdilər
Prezident İlham Əliyevin çağırışına səs verən minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gedərək könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə edir və müvafiq qaydada qeydiyyata alınırlar.

Kanal14.az Axşam.az-a istinadən xəbər verir ki, onlar arasında Xalq artisti Faiq Ağayev və reper Qurd da yer alıb. İfaçılar ötən gün qeydiyyatdan keçiblər.

 

F.Ağayev bunla bağlı paylaşım edərək "Zəfər ilə yürüş edərik biz!" qısa şərhini yazıb.

Qurd isə "Prezidentimizin göstərişi və eləcə də öz istəyimlə Xetai rayonunda qeydiyyatdan keçdim. Hazırıq müharibə elan edilən kimi düşmən qanını tökməyə" deyə, vurğulayıb.