Gündəm / Cəmiyyət

Yeniyetmə şəhid doğma kəndində dəfn edildi

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonunun Ağdam kəndi gedən döyüşlərdə şəhid olan 18 yaşlı əsgər Xəyyam Məhəmməd oğlu Daşdəmirov bu gün doğulduğuğu İsmayıllı rayonunun Balik kəndinə gətirilib. Ailə şəhidin cənazəsilə vidalaşandan sonra mərhum əsgər Daşdəmirov Balik kənd qəbristanlığında dəfn edilib.

İstiPress-in şimal bürosunun məlumatına görə, dəfn mərasimində rayon ictimaiyyətinin nümayəndələri, İH-nin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərliyi, sakinlər iştirak ediblər. Dəfn mərasimi pandemiya qaydalarına uyğun aparılsa da hər kəs 18 yaşlı Xəyyama ehtiramını bildirmək üçün qəbristanlığa gəlib.

Xəyyam Daşdəmirovlar ailəsinin böyük oğlu olub. Özündən kiçik indi bir qardaşı qalıb. O hərbi xidmətə aprel çağırışı üzrə-pandemiya səbəbindən bu il may ayının 8-də yollanıbmış.

Dəfn mərasimində şəhid Tovuzda həlak olmuş Xəyyamın və digər 3 hərbçi yoldaşının qanının yerdə qalmayacağı xüsusi olaraq vurğulanıb.