Gündəm / Cəmiyyət

ARDNF 2019-cu ili 4 316,2 milyon manat xalis mənfəətlə başa vurub.

 ARDNF 2019-cu ili 4 316,2 milyon manat xalis mənfəətlə başa vurub.

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2019-cu ili 4 316,2 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, Fond 2018-ci ildən 768,4 milyon manat xalis zərərlə çıxmışdı.

Kanal14.az Metbuat.az-a istinadən xəbər verir ki, ötən il ARDNF-in faiz gəlirləri 963,5 milyon manat (əvvəlki ilə nisbətən 4% çox), dividend gəlirləri 390,3 milyon manat (46,5% çox), məzənnə fərqindən zərəri 524,3 milyon manat (62,85% az), aktivlərin yenidən qiymətləndirilməsi üzrə gəlirləri 2 245,3 milyon manat (əvvəlki il zərər olub), qızıl külçələrdən gəlirləri 1 194,6 milyon manat (36,8 dəfə çox), investisiya mülkiyyətinin yenidən qiymətləndirilməsi üzrə gəlirləri 65 milyon manat (əvvəlki il zərər olub), icarə gəlirləri 75,7 milyon manat (54,7% az), sair əməliyyat gəlirləri 32,9 milyon manat (87,9% az), əməliyyat xərcləri 103,4 milyon manat (0,1% az), birgə müəssisələr hesabına zərəri 22,1 milyon manat, mənfəət vergisi ödəmələri isə 1,3 milyon manat (2,9 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə ARDNF-in aktivləri 74 311,2 milyon manat olub ki, bu da illik müqayisədə 12,5% çoxdur. Hesabat dövründə Fondun öhdəlikləri 7,35% artaraq 1 088,8 milyon manata, balans kapitalı isə 12,55% artaraq 73 222,3 milyon manata çatıb.