Gündəm

Tovuzda toyda dava - 48 yaşlı kişini döyüb dişlərini qırdılar

Tovuzda toyda dava düşüb.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində baş verib.

Dava zamanı kənd sakini, 1970-ci il təvəllüdlü Rzayev Xanlar Əmiraslan oğlu naməlum şəxslər tərəfindən döyülüb.

 

Nəticədə X.Rzayevin dişləri və çənəsi sındırılıb.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.