Gündəm

Nərimanov rayonunda koronavirusa qarşı tədbirlər davam edir - Foto

Nərimanov rayonunda koronavirusa qarşı tədbirlər davam edir - Foto






 
 
 






Yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması ilə əlaqədar elan olunmuş xüsusi karantin rejimi dövründə ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlərin bir hissəsi olaraq Nərimanov rayonunda xüsusi qayğıya ehtiyacı olan aztəminatlı ailələrə ərzaq yardımlarının paylanması ilə bağlı tədbirlər davam etdirilir.

Dogruxeber.az "Qafqazinfo”-a istinadən xəbər verir ki, aksiya çərçivəsində mayın 13-də Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən növbəti dəfə xüsusi qayğıya ehtiyacı olan aztəminatlı ailələrə, o cümlədən şəhid ailələrinə və əlil olmuş şəxslərə, karantin rejimi dövründə MKİS-lərin iştirakı ilə müəyyən edilən, evdən çıxması qadağan edilən yaşı 65-dən yuxarı yaşlı vətəndaşlara, veteranlara 200 ərzaq yardımı paylanılıb. Sakinlərlə görüş zamanı koronavirusdan qorunmaq üçün ölkədə tətbiq edilən karantin qaydaları barədə vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb. Aksiyanın növbəti günlərdə də davam etməsi planlaşdırılır.

Bundan başqa, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə Nərimanov rayonu ərazisində mütəmadi tədbirlər davam etdirilir. Belə ki, küçə və prospektlərin səkiləri, park və bağların ətraf əraziləri, əsasən də binaların həyətləri, girişləri, pilləkən qəfəsləri, liftlər və sakinlərin daha çox istifadə etdiyi digər yerlər təsirli kimyəvi vasitələrlə dezinfeksiya edilir. Bu işlər sistemli şəkildə rayon ərazisində hər gün, gündə bir neçə dəfə olmaq şərti ilə davam etdirilir.

Nərimanov rayonunda 1000-dən artıq sakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İŞ Mərkəzi vasitəsilə yaradılan ödənişli ictimai iş yerləri ilə təmin olunmaq üçün Nərimanov rayon Məşğulluq Mərkəzinə müraciət edib, onlardan 575 nəfər işsiz vətəndş aylıq məvacibləri ödənilməklə ictimai işlərə cəlb olunublar. İşə götürülmüş şəxslər əsasən rayon ərazisində mövsümi abadlıq, yaşıllaşdırma, ümumi təmizlik və dezinfeksiya işləri ilə məşğuldurlar.
Nərimanov rayonunda koronavirusa qarşı tədbirlər davam edir - Foto
Nərimanov rayonunda koronavirusa qarşı tədbirlər davam edir - Foto
Nərimanov rayonunda koronavirusa qarşı tədbirlər davam edir - Foto