Gündəm / Cəmiyyət

İradə Gülməmmədova Saray qəsəbəsində əhali arasında təbliğat apardı

İradə Gülməmmədova Saray qəsəbəsində əhali arasında təbliğat apardı

Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bu gün rayonun Saray qəsəbəsini küçə-küçə gəzərək sakinlər arasında koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar maarifləndirmə - təbliğat işlərini aparıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərar və göstərişlərinin icrası, karantin rejiminin tətbiqi ilə bağlı əhali ilə söhbətləşən başçı COVİD-19 infeksiyasına qarşı görülməli olan profilaktik tədbirlərdən danışıb. Sözügedən pandemiyanın bütüb dünyada yaratdığı problemlərdən söz açan İ.Gülməmmədova qeyd edib ki, Azərbaycanda COVİD-19 infeksiyasına qarşı həyata keçirilən tədbirlər özünün müsbət nəticələrini verməkdədir. Cənab Prezident İlham Əliyevin uzaqgörən qərarları, göstəriş və tapşırıqları ilə bu pandemiyanın az itkilərlə aradan qaldırılacağına əminliyini ifadə edən başçı sakinlərə COVİD-19 infeksiyasının təhlükələri, ondan qorunma yolları haqqında məlumat verib. Saray qəsəbə icra nümayəndəsinin və bələdiyyə sədrinin də iştirak etditi təbliğat prosesində sakinlərlə fərdi izahetmə-xəbərdarlıq işləri aparılıb, onlara şəxsi gigiyena qaydalarına əməl etməyi, özünütəcrid tədbirlərinə uyğun davranmağı, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağı, digər şəxslərlə minimum təmasda olmağı, insanların sıx toplaşdığı yerlərə getməməyi tövsiyə ediblər.