Gündəm / Dünya

Ermənistan parlamentində kütləvi dava - Video

Ermənistan parlamentində kütləvi dava baş verib.

Kanal14.az Axar.az-a istinadən xəbər verir ki, dava İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyanın parlamentin tribunasından hakimiyyətyönlü qüvvələri öz opponentlərini təhqir etməməyə çağırmasından sonra başlayıb.

Marukyanla hakim Mənim Addımım Blokundan olan Sasun Mikayelyan arasında başlayan mübahisə əlbəyaxa davaya çevrilib. Dava bir neçə dəqiqə davam edib.

Nəticədə parlamentdə fasilə elan edilib.