Gündəm / Cəmiyyət

Vaqif Aydınoğlu iş yerini dəyişdi: RƏSMİ

Vaqif Aydınoğlu iş yerini dəyişdi: RƏSMİ

ATV-nin İctimai-siyasi verilişlər departamentinin baş redaktoru, tanınmış telejurnalist Vaqif Aydınoğlu işdən çıxarılıb.

Kanal14.az BakuPost-a istinadən xəbər verir ki, bununla bağlı əmr bir neçə gün əvvəl verilib.

Jurnalist özünə yeni iş yeri də tapıb. Bundan sonra o, "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin müavini kimi çalışacaq.

Vaqif Aydınoğlunun işdən çıxarılması xəbərini ATV-dən təsdiqləyiblər.