Gündəm / Sosial

KORONAVİRUS: EPİDEMİYA, YOXSA SOYUQ MÜHARİBƏ?

KORONAVİRUS: EPİDEMİYA, YOXSA SOYUQ MÜHARİBƏ?

 

 

 

 


 

 Başımızın üstünü alan bu koronavirus kabusu nədir, bu epidemiya nə deməkdir? Doğrudanmı, bu, bir çox digər xəstəliklər və viruslar kimi, təbiətin öz işidir, yoxsa burda birbaşa insan əli də var? Bu olayı necə izah etmək olar, hansı versiya daha məntiqəuyğundur?

Hər kəs şübhəsiz ki, inanmaq istədiyinə inanacaqdır, lakin inanmaq istədiyimiz variant məntiqə uyğun olmalıdır. Əlbəttə, qısa bir məqalədə bu dərin suala cavab vermək mümkün deyil və belə bir fikrim də yoxdur. Sadəcə, istərdim ki, bir alim olaraq, həmvətənləriminfikrini önəmli bir nüansa yönəldim. 

Konspirologiya nəzəriyyələrində (Conspiracy theory), ümumiyyətlə elmi və fəlsəfə yanaşmada bir vacib prinsip var; Hansısa işin son nəticəsi nəyə, haraya varır, kimə sərf edir. Yəni, tutalım, koronavirus məsələsini oturub fikirləşdikdə və hesabladıqda kimə nə qədər xeyir və ziyan verə bilir, bax, hər şeydən öncə bunu düşünmək lazımdır. 
İncə nöqtəyə diqqət edin; ABŞ-da ola bilər ki, bu virusa tutulanların sayı hər yerdən daha çoxdur. Hətta, ola bilər ki, ölənlərin də sayı hər yerdən daha çox olsun. Amma, xəstə və ya ölü sayı pandemiyanın zərərini göstərən həlledici və ya birinci dərəcəli amil DEYİL! 
Yəni, sadə dildə deyim: bu dəqiqə Azərbaycan pandemiyaya tutulma faizinə və ya sayına görə heç ilk 40-lıqda deyil. Lakin, dəyən zərərə və dəyəcək zərərə görə ilk 10-luqdadır! Yəni, ABŞ-da, birincisi, onsuz da 330 milyon əhali var, onun 10 min nəfərinin ölməsi, çox da ciddi rəqəm deyil. Lakin, 10 milyonluq Azərbaycan üçün bu, ciddi rəqəmdir!

Eynilə, AZTV-də keçən dəfə ilginc bir şey eşitdim; şərhçi həyəcanla deyirdi ki, ABŞ-da işsizlik faizi 3 milyona çatıbdır. İlk baxışda böyük rəqəm kimi görünsə də, halbuki bu rəqəm ABŞ əhalisinin cəmi 1 faizini təşkil edir! Yəni, ABŞ-da və ya İtaliyada pandemiyaya tutulanların sayına yox, FAİZİNƏ baxmaq lazımdır.
İkincisi də, ABŞ güclü inkişaf etmiş və daxili tələbatını özü ödəyə bilən dövlətdir. Azərbaycan isə xaricdən birbaşa asılıdır. Üçüncüsü, ABŞ vətəndaşları daha müstəqil düşüncəli və stressə daha dayanıqlıdırlar. Düzdür, bu, həm də laqeydliklə paralel bir vəziyyət deməkdir. Ancaq, nəticə etibarilə, onları panikaya salan faktorlar daha mürəkkəbdir. Bizdə isə bir balaca dəhşətli xəbər hər kəsi şoka sala bilir. Yəni, məsələn Nərminin qətl edilməsi hadisəsi az qala 2 ay bütün əhalinin beynini məşğul etdi, amma ABŞ-da belə bir şey ola bilməzdi. (Mən demirəm ki, emosiyasız və daşürəkli olaq, söhbət ondan gedir ki, Nərminin qətlindən daha ciddi məsələlər, ictimai problemlər var) 
Söhbət sırf Azərbaycandan getmir, Azərbaycanın yerinə çoxlu başqa dövlətləri misal göstərmək olar.İran, Türkiyə, hətta nəhəng ölkə kimi görünən Çin də Azərbaycanın yerinə qoyula bilər. Özü-özünü təmin edə bilməyən, daxili istehsalı aşağı, iqtisadiyyatı zəif ölkələrə dəyəcək ziyanla güclü ölkərə dəyəcək ziyanın miqyası, ölçüsü kəskin fərqlənir.
Yəni, qısası sözüm budur ki, sözügedən pandemiyanın vurduğu zərəri "İtaliyada ya da ABŞ-da daha çox adam ölüb, deməli İtaliya, ABŞ ən bədbəxt vəziyyətdədir" şəklində qavramaq heç də ağıllı düşüncə deyil. İtaliyada, ABŞ-da pandemiyadan 1 milyon insan ölsə, bax, bu bizdəki 10 nəfərə bərabər təsir yarada bilər. 

Ona görə də hazırki mənzərə heç də bu virusun düşünülmüş bir layihə, ya da süni bir şey olmadığını göstərmir. Əgər bu epidemiyadan dayanıqsız dövlətlər silkələnirsə, dayanıqlı dövlətlər isə ciddi ziyan görmürlərsə və nəticə etibarilə, dünyada Çin, İran, Türkiyə kimi dövlətlərdə ciddi zərərlər meydana çıxırsa, biz şübhələnməliyik ki, bu, görəsən ABŞ-ın dünyada təkqütblü düzən yaratmaq üçün növbəti soyuq müharibə cəhdidirmi?..


Sərxan Alışlı-gənc alim, ictimaiyyət və siyasət üzrə mütəxəssis