Gündəm

Şahid: Qadın olduğu üçün Fədayə xanımın üstünü yoxlamadıq

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

kanal14.az Trend-ə istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid, qarovul rəisi Taleh Yusifov bildirib ki, xidmətdə olduğu vaxtlarda Etibar Məmmədovun Ceyhun Səmədova pul verməsinin şahidi olmayıb: "Mən tam qanunla xidmətimi aparmışam. Məhbuslardan pul və ya hədiyyə almamışam. Təlimatdan kənar heç bir iş görməmişəm".