Gündəm

Bakıda küçədən kişi meyiti tapıldı

Bakıda küçədən kişi meyiti tapıldı

Bakıda küçədən meyit tapılıb.

Kanal14 apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin Bakı şəhər sakini, 1960-ci ilə təvəllüdlü Mahmudov Mahir Qurbanəli oğlu olması müəyyən edilib.

Hazırda M.Mahmudovun ölümünün səbəbi araşdırılır.