Gündəm

Bakının mərkəzi rayonu nə vaxt yaradılacaq? - Eldar Əzizovdan açıqlama

Bakının mərkəzi rayonu nə vaxt yaradılacaq? - Eldar Əzizovdan açıqlama

"Paytaxtımıza turist axını davam edir. Bu isə Bakının tarixi ərazilərinin qorunmasını vacib hala çevirir".

Kanal14 azvision.az-a istinadən xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib. İcra başçısı bildirib ki, bununla əlaqədar Bakının mərkəzində xüsusi rayonun yaradılması nəzərdə tutulur:

"Mərkəzi rayon yaradılsa, orada tarixi binalara xüsusi xidmətlər göstəriləcək. Məqsəd ondan ibarətdir ki, şəhər vahid standartlara gətirilib çıxarılsın".

E.Əzizov, həmçinin qeyd edib ki, yaxın zaman ərzində mərkəzi rayonun yaradılması ilə bağlı qərar veriləcək.