Gündəm

Atasını "Taliban"ın öldürdüyü futbolçu qızın - HEKAYƏSİ

 
Danimarkanın Milli Futbol Komandasında oynayan Nadiya Nadim Fransanın PSJ klubuna transfer olub.

Kanal14 Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadın futbolçunun filim kimi həyat hekayəsi var.

N.Nadim Əfqanıstanda atasını "Taliban" hərəkatı yaraqlılarının öldürməsindən sonra oradan çıxmaq məcburiyyətində qalan futbolçu Danimarkada qaçqın sığınacağının, daha sonra Mançestr Sitinin, indi isə Parisin yolunu tutub.

 

N.Nadim futbol oynamağa necə başladığını da açıqlayıb: "Futbolla ilk tanışılığım Danimarkadakı qaçqın sığınacağnda olub. Sığınacaqda futbol klubu var idi. Orada futbol oynayan qızları görəndə fikirləşdim ki, mən də bu oyunu oynamaq istəyirəm. 11-12 yaşlarında indiki vəziyyətə gəlib çatacağımı xəyal edə bilməzdim.

Uşaq vaxtı tamaşaçıların qarşısında oynamağın xəyalını qururdum. Xəyallarım gerçək oldu. Bunun üçün hər gün şükür edirəm”.

Məşhur futbolçu bildirib ki, xəyal qurmaq və çox çalışmaq insanı hədəfinə çatdırır.

Futbol oynamaqla yanaşı, 32 yaşlı futbolçu tibbi təhsilini başa vuraraq həkim olmaq istədiyini də bildirib./Lent.az