Gündəm

Ekspert: “Azərbaycan qazının Ukraynaya nəqli mümkündür”

Ekspert:

 

 
"Azərbaycan təbii qazının Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə müvafiq bağlantılarla Ukraynaya nəql edilməsi mümkündür".


 Kanal14 xəbər verir ki Bunu "Report”a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban bildirib.


Bu həftə Ukrayna prezidenti Vladimir Zelenski və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Xəzərin Azərbaycana aid yataqlarından təbii qazın tədarükünə dair danışıqlar aparıb. "Bizim üçün enerji daşıyıcılarının nəql yollarının şaxələndirilməsi mühüm məsələdir. Belə ki, Xəzər qazının TANAP boru kəməri ilə müvafiq bağlantılar vasitəsilə Ukraynaya nəql olunması barədə müzakirə apardıq”, - Ukrayna prezidenti məlumat verib.


Məsələni şərh edən İlham Şabanın sözlərinə görə, bunun üçün arzu və istək, həmçinin alıcı tərəfin həmin qazın pulunu ödəmək istəyi olmalıdır: "2021-ci ildə Azərbaycan qazı Bolqarıstana nəql ediləcək. Çünki Yunanıstan-Bolqarıstan İnterkonnektorunu  (IGB) həyata keçirən ICGB AD şirkətinin rəhbərliyi də bildirib ki, 2020-ci ildə bu qaz kəmərinin inşası yekunlaşacaq və sınaqdan keçiriləcək. 2021-ci ilin ikinci rübündə isə bu kəmərlə Azərbaycan qazının alınmasına başlanılacaq”.