Gündəm

Bu qidalar və bitkilər qan qatılaşmasına səbəb olurmuş

Bu qidalar və bitkilər qan qatılaşmasına səbəb olurmuşQan bütün orqanların və sistemlərin işləməsinə təsir göstərir. Qan qatılaşanda onun yayılma funksiyası çətinləşir.

Kanal14 e-tibb.az-a istinadən bildirir ki, alimlər hansı məhsulların qanın keyfiyyətini pisləşdirdiyini və insan sağlamlığı üçün yaranan təhlükəni açıqlayıblar.

 

İnsanın içdiyi suyun miqdarı, qida, dərman, ətraf mühit, fermentlərin fəaliyyəti və bir çox digər amillər qanın axıcılığına təsir göstərir. Bəzi qidaların qəbulu və pis vərdişlər qanın laxtalanmasına onun qatılaşmasına gətirib çıxrarır ki, bu da damarların varikoz genişlənməsinə, infarkt və insulta səbəb ola bilir.

Qanı qatılaşdıran əssas qidaların isə banan, kartof, şəkər, şirniyyat məhsulları, cəfəri, şüyüd, qoz olduğu bildirilir.
Bundan başqa, alkoqollu içkilər sidikqovucu olduqları üçün bədəndə susuzlaşma yaradırlar. Qazlı içkilər də eyni təsirə malikdir.

Bəzi dərman bitkiləri də qanın axıcılığına mənfi təsir göstərir. Bu sırada gicitkən, solmazçiçəyi, qatırquyruğu, dulavratotunun və s. bitkilərin adı çəkilir.

Qan axıcılığını bərpa etmək üçün qatılaşmaya səbəb olıan qidaların istifadəsini azaltmaq, ziyanlı vərdişlərdən tamamilə əl çəkmək, açıq havada daha çox vaxt keçirmək və bol su içməyin vacib olduğu vurğulanır.