Gündəm

Bütün icra başçıları Bakıya çağırıldı – PREZİDENTİN SƏDRLİYİ İLƏ MÜŞAVİRƏ

Bu gün Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçiriləcək.Kanal14 xəbər verir ki, bunun üçün bütün icra başçıları Bakıya çağırılıb.Müşavirədə ötən ilin yekunları və qarşıdakı dövrdə görüləcək işlər müzakirə olunacaq.Bundan əlavə, müşavirədə 9 fevral parlament seçkiləri ilə bağlı məsələ müzakirəolunması gözlənilir. Bildirilir ki, icra başçılarına seçkilərin ədalətli və şəffaf keçirilməsi, saxtakarlıq hallarına yol verilməməsi üçün müvafiq tapşırıq veriləcək.  /Unikal.org/