Gündəm

Türkiyədəki zəlzələdən ürək sızladan görüntü - Ata uşaqlarını qorumaq üçün özünü sipər etdi

 Türkiyədəki zəlzələdən ürək sızladan görüntü - Ata uşaqlarını qorumaq üçün özünü sipər etdi
 
 
 
 
 
 
 
 
 
 
 

 

Türkiyədə baş verən zəlzələ ilə bağlı sosial şəbəkələrdə yayılan foto diqqət çəkib.

Kanal14 xəbər verir ki, yayılan fotoda atanın övladının dağıntılar altında qalıb xəsarət almaması üçün onun üstünə uzanması əks olunub.

Qeyd edək ki, ötən gecə Türkiyənin Elazığ vilayətində baş verən 6.8 ballıq zəlzələ nəticəsində 20 nəfər ölüb, 1000-ə yaxın yaralı var. Zəlzələ Türkiyənin 4 vilayətində hiss olunub, yüzlərlə tikiliyə ciddi ziyan dəyib. (yeni sabah)

Türkiyədəki zəlzələdən ürək sızladan görüntü - Ata uşaqlarını qorumaq üçün özünü sipər etdi